“Erməni faşistləri ən azı iki əsrdir ki, azərbaycanlılara və türklərə qarşı çoxsaylı ağır cinayətlər, terror aktları törədiblər. Onilliklərdir ki, bu cinayətləri bə terror hadisələrini davam etdirməyə çalışırlar.
Bu mənada Qəhrəman Azərbaycan Ordusu işğalçı dövlətin ordusunu darmadağın etsə də, tarix boyu Azərbaycana və Türkiyəyə qarşı düşmən mövqeyində və torpaq iddiasında olan erməni xalqının “liderləri” və “ideoloqları” hələ də öz mövqeyindən əl çəkməyibdir”.
Sadalananları qeyd edən millət vəkili Məlahət İbrahimqızı Bizim.Media-ya ilə özəl bölüşdüyü fikrilərinin davamında saxtalaşdırılmış tarix, anti-türk və Azərbaycanofobiya ideologiyasının ermənilərin beynini zəhərlədiyini açıqladı.
MÖVZU İLƏ BAĞLI:
Erməni ekspert: “Ermənistan “Artsax”ın təhlükəsizlik açarlarını Rusiyaya verib”
Möhtərən Prezidentin sözləri ilə desək, bu, psixi xəstəlik dərəcəsinə çatıb:
“Qeyd etmək lazımdır ki, bu ideologiyanın təbliğ olunmasında erməni diaspor təşkilatları öncüllük edir. Ümumiyyətlə tarixi dəlillər sübut edir ki, bu qüvvələr fürsət düşən kimi Azərbaycana və Türkiyəyə qarşı müxtəlif təxribatlar, cinayət, hətta terror hadisələri törədirlər. Çünki, uzun illər ərzində formalaşdırılmış bu siyasət artıq dövlət siyasətinin və erməni xalqının milli ideologiyasının əsas hissəsinə çevrilmişdir.
Bəli, bu gün Ermənistanın baş naziri kapitulyasiya aktına imza atıb. Amma bu o demək deyil ki, onlar öz ideologiyalarından əl çəkirlər. Buna inanmaq ən azı sadəlövhlük olar”.
Deputatın sözlərinə görə, Ermənistan müharibə cinayətlərinə görə bir gün mütləq cavab verəcək. Çünki onlar dinc sakinlərə qarşı qətliamlar törətmiş, Qarabağın flora və faunasını zərbə altında qoymaqla ekosistemə ziyan vurublar.
Lakin onların “özfəaliyyətləri” bununla yekunlaşmayıb. Ermənilərin çoxəsrlik yaşayış məskənlərinə qarşı genoidi də asan unudulmayacaq. ASALA kimi onlarla erməni terror təşkilatı mövcudur:
“Bütövlükdə erməni terror təşkilatları və onların törətdikləri tertor haqqda hətta ABŞ-ın CİA qurumu tərəfindən dəfələrlə hesabat hazırlanıb və bu hesabatlar beynəlxalq ictimaiyyətə açıqlanıbdır.
Hesabat göstərir ki, törədilmiş terror və cinayət hadisələrinin əksəriyyəti türklərə və azərbaycanlılara qarşıdır. 44 günlük Vətən müharibəsində Qarabağda quldur erməni hərbçiləri arasında ASALA-nın, onun törəmə terror təşkilatlarının, onların həmrəy olduğu onlarla PKK, YPG və digər terrorçuları da iştirak edib və insanlıq əleyhinə ağır cinayətlər törədiblər”.
Millət vəkilinin fikrincə, bu terror təşkilatlarının qətliam siyasəti dəyişməyəcək. Sadəcə olaraq, Azərbaycan və Türkiyə hazırda güclü iki qardaş xalq və dövlətlərdir:
“Ermənistan Türkiyə və Azərbaycana qarşı olan düşmənçiliklərindən rəsmi olaraq imtina etdiklərini bəyan etməlidirlər. Onlar öz konstitusiyalarında təsbit edilmiş ərazi iddialarından, sözdə “soyqırım”dan əl çəkməli, gerblərindəki Ağrı dağının şəklini götürməli və türklərə qarşı apardıqlar düşmənçilik ideologiyasına son qoymalıdırlar.
Əks halda, nicatı Türkiyə və Azərbaycandan asılı olan və bu iki ölkə arasında dalana çevrilmiş Ermənistanın mövcud olması sual altında olacaqdır”.
Bizim.Media