Hərbçilərimiz Şuşa həbsxanasında saxlanılan Ermənistan Silahlı Qüvvələrinin girov götürdüyü Dilqəm Şahbazovun yazdığı şeiri tapıb. Bu barədə Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.
Əsgərov bildirib ki, hərbçilərimiz Şuşa həbsxanasından atasının yazdığı şeirin şəklini çəkərək ona göndəriblər. K.Əsgərov uzun illərdir ki, Şuşa həbsxanasında saxlanılan atasına aid başqa əşyaların tapılacağına da ümid etdiyini söyləyib. O bildirib ki, atasına aid hər bir əşya onun üçün dəyərlidir.
Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev Şuşa həbsxanasından Ermənistana aparılıb. Hazırda onların Ermənistanın Şırak rayonundakı "Atik" türməsində saxlandığı bildirilir.
Qeyd edək ki, Şuşanın Azərbaycan Ordusu tərəfindən azad olunmasına qədər girovlar Şuşa qalasında saxlanılırdılar. (sputnik.az)
Bizim.Media
- A-
- A
- A+
Region
15:35 / 30.11.2020
Şuşa həbsxanasından Dilqəmin yazdığı şeir tapıldı - FOTO
Hazırda oxunan: Şuşa həbsxanasından Dilqəmin yazdığı şeir tapıldı - FOTO
Hazırda oxunan: Şuşa həbsxanasından Dilqəmin yazdığı şeir tapıldı - FOTO
3911
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.