Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin sabah İstanbulda toplantısı olacaq.
Bizim.Media Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Əfqanıstan mövzusunda müzakirələr aparılacaq fövqəladə iclas Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvətilə baş tutur.
MÖVZU İLƏ BAĞLI:
Türkmənistan gəlir, Türk Şurasına Əfqanıstanı da gətirir? - Deputatdan ŞƏRH
İclasda Türk Şurasına üzv olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, müşahidəçi qismində isə Macarıstanın xarici işlər nazirləri iştirak edəcəklər.
Bizim.Media