Türkiyə nümayəndə heyəti İrəvana qeyri-rəsmi səfərə gəlib? – Erməni politoloqun ŞƏRHİ

Türkiyə nümayəndə heyəti İrəvana qeyri-rəsmi səfərə gəlib? – Erməni politoloqun ŞƏRHİ

Hazırda oxunan: Türkiyə nümayəndə heyəti İrəvana qeyri-rəsmi səfərə gəlib? – Erməni politoloqun ŞƏRHİ

38384

Xəbər verdiyimiz kimi, Türkiyəyə məxsus özəl təyyarə Ankaradan havaya qalxaraq bu gün İrəvan şəhərinə eniş edib. Mövzu ilə bağlı erməni politoloq Andranik Ovannisyan özünün Telegram kanalında öz düşüncələrini yazıb.

Bizim.Media xəbər verir ki, onun fikrincə, Türkiyə nümayəndə heyətinin nümayəndələri İrəvana qeyri-rəsmi səfər ediblər.

“Düzünü desəm, qeyri-adi bir şey olmayıb. Təkcə bu il Nikol Paşinyan Türkiyə nümayəndə heyətinin nümayəndələri ilə üç görüş keçirib:
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyənin özəl təyyarəsi İrəvan şəhərinə endi


Kazan, Almatı və Batumidə. Bəlkə də daha çox görüşlər olub, amma bu üçlük haqqında tam məsuliyyətlə deyə bilərəm.

Fakt budur ki, Nikol Paşinyanın xəyanətkar rejiminin nümayəndələri başa düşüblər ki, Ermənistan vətəndaşlarının çoxu baş verən xəyanətə əhəmiyyət vermir, "radikal" müxalifət yalnız butılka atır, az sayda vətənpərvər vətəndaşlar isə 2020 -ci ili məntiqi sonluğa çatdıran əsl lider tapa bilmirlər.

Bu səbəbdən Türkiyə və Ermənistan nümayəndələri arasında görüşlər tezliklə ictimaiyyət qarşısında keçiriləcək.

Görüşlərdə nələr müzakirə olunur? Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulması perspektivi. Ancaq Türkiyə Ermənistandan üç ön şərt yerinə yetirməyi tələb edir:

1.Zəngəzur vasitəsilə nəqliyyat dəhlizinin açılmasına dair yekun razılaşmanı imzalamaq. Bəli, məhz dəhliz, çünki ona Ermənistan hüquq-mühafizə orqanları yox, xarici müttəfiqlər nəzarət edəcək.

2.Yalançı “erməni soyqırımı”nın tanınması üçün beynəlxalq gündəmdən imtina etmək.

3.Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarından rəsmi olaraq imtina etdiyi Qars müqaviləsini təsdiq etmək. Eyni zamanda, Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq rəsmi tanınması ilə Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasına başlamalıdır”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO