Türkiyənin özəl təyyarəsi İrəvan şəhərinə endi

Türkiyənin özəl təyyarəsi İrəvan şəhərinə endi

Hazırda oxunan: Türkiyənin özəl təyyarəsi İrəvan şəhərinə endi

0:00
0:00
38373

Az əvvəl Ankaradan havaya qalxan Türkiyəyə məxsus özəl təyyarə İrəvan şəhərinə eniş edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Şedevr+” Telegram kanalı yayıb.

Mənbə yazır ki, səfər ilə bağlı tərəflər açıqlama verməyib.

Erməni bloger Mika Badalyan mövzu ilə bağlı özünün Telegram kanalında belə yazıb:

“İrəvandan havaya qalxan Türkiyənin özəl təyyarəsi Türkiyəyə doğru irəliləyir. Təyyarə Ankaradan İrəvana uçub..

Yeri gəlmişkən, Türkiyədə prezident və baş nazirdən başqa, hökumətdən yalnız 3 nəfər şəxsi təyyarələrlə uçur.

Bunlar xarici işlər naziri, müdafiə naziri və Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalındır. İlk iki şəxs Ərdoğanla birlikdə Nyu-Yorkdadır. Deməli İrəvana gələn İbrahim Kalındır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO