Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sarkisyan, eləcə də birinci prezident Levon Ter-Petrosyan Ermənistanın müstəqilliyinin 30 illiyi münasibətilə keçirilən tədbirlərə dəvət olunmuşdular.
Bizim.Media xəbər verir ki, bu barədə "Joxovurd" qəzetinə Ermənistan hökuməti məlumat verib. Ancaq bildiyiniz kimi, hər üç prezident Nikol Paşinyanın dəvətini rədd edib və bu tədbirdə iştirak etməyib.
MÖVZU İLƏ BAĞLI:
“Paşinyan sülh vəd etdi, ancaq yeni qurbanlar verdi” - “Ermənistanın Səsi"
Dünən bütün gün nəşr ikinci və üçüncü prezidentlərin dəvət aldıqlarını və almadıqlarını və niyə tədbirdə iştirak etmədiklərini aydınlaşdırmağa çalışıb, ancaq onlarla əlaqə qurmaq mümkün olmayıb.
Hökumət hər üç keçmiş prezidenti dəvət etdiyini əminliklə bildirib.
Xatırladaq ki, Respublika Meydanında keçiriləcək tədbirdə iştirak etmək üçün parlamentin müxalif fraksiyalarına da dəvət göndərilib. Həm "Mənim şərəfim var" fraksiyası, həm də Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" fraksiyası tədbirə qatılmayıb.
Bizim.Media