Ərdoğan Qaribaşvili ilə Ermənistan və Azərbaycanı müzakirə etdi

Ərdoğan Qaribaşvili ilə Ermənistan və Azərbaycanı müzakirə etdi

Hazırda oxunan: Ərdoğan Qaribaşvili ilə Ermənistan və Azərbaycanı müzakirə etdi

38136

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Gürcüstan Nazirlər Kabinetinin başçısının mətbuat xidməti yayıb.

TASS yazır ki, görüş BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutub.

"Görüşdə bölgədə inkişaf edən hadisələrə toxunulub. İrakli Qaribaşvilinin sözlərinə görə, Gürcüstanın ən əhəmiyyətli məqsədi bölgədə sülh və sabitliyi qorumaqdır, ölkə Qafqazda uzunmüddətli sülh və sabitlik üçün sülhməramlı funksiyasını yerinə yetirməyə hazırdır”, deyə şərhdə deyilir.

Hər iki ölkənin liderləri Azərbaycanın 15 erməni əsgərini minalanmış sahələrin xəritələri qarşılığında Ermənistana verilməsinə də toxunublar. 

Proses iyun ayında Gürcüstanın vasitəçiliyi ilə baş tutub. Mesajda vurğulandığı kimi, Qaribaşvili və Ərdoğan keçirilən mübadilənin "qonşular arasında əməkdaşlıq üçün yaxşı bir əsas olduğunu" qeyd ediblər.

Daha əvvəl Ərdoğanın sentyabrın 29-da Rusiyaya səfər edəcəyi bildirilmişdi. Səfər zamanı onun Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO