Azərbaycan hərbçiləri tələb etdi: “Amaras monastrından qondarma rejimin bayrağı endirilsin”

Azərbaycan hərbçiləri tələb etdi: “Amaras monastrından qondarma rejimin bayrağı endirilsin”

Hazırda oxunan: Azərbaycan hərbçiləri tələb etdi: “Amaras monastrından qondarma rejimin bayrağı endirilsin”

0:00
0:00
38120

Xəbər verdiyimiz kimi, rus sülhməramlıları yenə 100-ə yaxın ermənini Xocavənd rayonunun Sos kəndi ərazisində yerləşən alban xristian monastırına gətiriblər. Həmin vaxt Azərbaycan hərbçiləri monastırın ərazisində dalğalanan qondarma rejimin bayrağının endirilməsini tələb ediblər.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Xocavənd rayonunun Cütçü kəndinin (ermənilər adını Maçkalaşen qoyub) icma rəhbəri Lernik Avanesyan yayıb.

Onun sözlərinə görə, bundan əlavə, Azərbaycan tərəfi döyüş postundan da “Artsax”ın bayrağının yığışdırılmasını tələb ediblər.

Rus hərbçiləri vəziyyəti sabitləşdirmək üçün qondarma bayrağı erməni bayrağı ilə əvəz etməyi təklif ediblər.
 

İcma başçısı qeyd edib ki, bayrağın dəyişdirilməsi ilə bağlı söhbətdə şəxsən iştirak edib. Kilsəyə gəlincə, orada işləyən inşaatçılardan biri ona zəng vuraraq rus hərbçilərinin təklifini deyib.


Avanesyan vurğulayıb ki, bayrağın dəyişdirilməsi onun səlahiyyətində deyil. Xatırladaq ki, hər iki yerdə hələ də “Artsax”ın bayraqları dalğalanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO