Marselin vitse-meri Ermənistanı “Fransanın bacısı” adlandırdı

Marselin vitse-meri Ermənistanı “Fransanın bacısı” adlandırdı

Hazırda oxunan: Marselin vitse-meri Ermənistanı “Fransanın bacısı” adlandırdı

38007

Fransız siyasətçi, Bouches-du-Rhône Departamentindən “Xalq Hərəkatı uğrunda Birlik” partiyasından Fransa parlamentinin üzvü, Marselin vitse-meri Valeri Boyer İrəvandakı Yerablur hərbi panteonundan çəkdiyi fotoşəkili yayımlayaraq Ermənistanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “armeniasputnik.am” nəşrində yerləşdirilib.

"Ermənistanın Müstəqillik Günündə ölkələrimizi birləşdirən bağları unutmayaq. Bu, 2000 ildən çox mədəniyyətə və özünəməxsusluğa malik olan Ermənistandır. Azadlıqlarımız üçün Fransa ilə birlikdə vuruşan Ermənistandır. Ermənistan da Fransa kimi tarixin sınağına tab gətirdi”, deyə fransız siyasətçi fotoya imza atıb.

Boyer mesajında Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı yaşamaq üçün mübarizəsini davam etdirdiyini vurğulayıb.

Boyer yazıb:

"Bu Müstəqillik Günündə Ermənistan hələ də minlərlə gəncin ölümü, erməni əsir ailələrinin gələcək qeyri-müəyyənliyi, minlərlə yaralı kimi problemlərlə üzləşir".

Marselin vitse-meri mesajını İrəvanın hər zaman Parisə güvənə biləcəyini qeyd etməklə başa vurub:

"Mən erməni deyiləm, amma bir fransız qadını olaraq deyəcəyəm ki, Ermənistan Fransanın bacısıdır. Və Ermənistan hər zaman dəstəyimizə arxalana bilər".

Xatırladaq ki, sentyabrın 21 -də Ermənistan Respublikası müstəqilliyinin 30-cu ildönümünü qeyd edir. Məhz 1991-ci ilin bu günü ölkədə referendum keçirilib.

İştirakçıların böyük əksəriyyəti (99%) müstəqil dövlət quruculuğunun lehinə səs verib. Səsvermə hüququ olan vətəndaşların təxminən 95% -i səsvermədə iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO