Paşinyanın adamı: “Türkiyə ilə mütləq danışıqlar aparılmalıdır”

Paşinyanın adamı: “Türkiyə ilə mütləq danışıqlar aparılmalıdır”

Hazırda oxunan: Paşinyanın adamı: “Türkiyə ilə mütləq danışıqlar aparılmalıdır”

0:00
0:00
37932

Ermənistan sülhün bərqərar edilməsi məsələsini xarici siyasət gündəliyinə daxil edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Vətəndaş müqaviləsi”nin deputatı Qurgen Arsenyan “Sputnik Ermənistan”a açıqlamasında yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni nazir Azərbaycana şərt qoydu: “Qarabağın statusu” həll edilməyincə... - VİDEO


O, Türkiyə Prezidenti Ərdoğanın Paşinyanın təklifi ilə bağlı son açıqlamasına münasibət bildirib və deyib ki, məsələni təhlükə yaradan qonşularla müzakirə etmək lazımdır.

Onun fikrincə, rəqiblər deyəndə Ermənistanla təmasda olmayan və ya gərgin münasibətləri olan qonşular nəzərdə tutulur.
 

Eyni zamanda, deputat qeyd edir ki, istər Ərdoğan olsun, istərsə də yeni prezident, səlahiyyətli dövlət rəsmiləri onunla müzakirə aparmalıdır. Türkiyənin "müsbət" siqnallarına gəlincə, Arsenyan vurğulayıb ki, bu, qonşu ölkənin açıqlamalarının ümumi tonundadır.


O, hesab edir ki, münasibətləri normallaşmaq üçün mütləq Türkiyə ilə danışıqlar aparılmalıdır.

Deputat sonda jurnalistə “Efiopiya və ya Cənubi Koreya ilə müzakirə aparmayacaq ki?” sualını verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO