İrəvan Qarabağ ermənilərinin son ümidlərini də məhv etdi

İrəvan Qarabağ ermənilərinin son ümidlərini də məhv etdi

Hazırda oxunan: İrəvan Qarabağ ermənilərinin son ümidlərini də məhv etdi

37716

Rəsmi İrəvan Qarabağdan Ermənistana gələn ermənilərin qəbulu proqramının fəaliyyətini dayandırıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı erməni mətbuatı yayıb.

Mənbə yazır ki, nəticədə İrəvandakı Qarabağ erməniləri çətin vəziyyətə düşüblər.

Belə ki, qanunsuz olaraq Şuşada yaşayan Armine Sarkisyanın ailəsi Ermənistana qaçmalı olub. Onlara Armavirdə evlərin birində sığınacaq verilib. Armineyə görə, hələ avqust ayında dayandırılan Qarabağ ermənilərinin qəbul proqramının iştirakçıları olublar. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan niyə himayə olunur? – Rusiyalı politoloqdan SƏBƏBLƏR 


"Evin sahibi bizdən pul almır, amma mənzili kirayə vermək istəsə, arzu edənlər mütləq tapılacaq. Biz gəlməmişdən əvvəl də bu ev kirayəyə verilmişdi, mebel də daxil olmaqla hər cür şəraiti var". Bu barədə Armine “Sputnik Ermənistan”a bildirib.

Proqrama görə, dövlət ona və ərinə hər ay 120 dollar köçürüb.

"Əvvəlcə uzun müddət burada olmayacağımızı və bir neçə aydan sonra Qarabağda mənzil alacağımızı düşündük. Ancaq məsələnin həlli gecikir. Artıq ümid etmirik.
 

Özümüzü parazit kimi hiss edirik. Proqram dayandırıldı, qazancımız qidaya və 2 yaşlı uşağın bezinə zorla çatır”, deyə Armine qeyd edib.


Arminenin əri Armavirdə bir avtomobil yuma məntəqəsində iş tapıb. Amma bu vəsait kirayə haqqını ödəməyə yetmir.

Ermənistanın əmək və sosial məsələlər nazirinin mətbuat katibi Zara Manuçaryan “Sputnik Ermənistan”a müsahibəsində proqramın yarımçıq qalmadığını, proqramın müddətinin başa çatdığını və vətəndaşlara bu barədə məlumat verildiyini aydınlaşdırıb.

Manuçaryanın sözlərinə görə, proqram üç ay fəaliyyət göstərməli idi, lakin iki dəfə uzadılıb.
 

"İndi biz Qarabağ ermənilərinin mənzil problemlərinin həllinə imkan verəcək yeni bir dəstək variantını düşünürük. Yəni proqramın əvvəlki formada davam edib-etməyəcəyini və ya yeni bir layihənin hazırlanıb hazırlanmayacağını dəqiq deyə bilmərik”, deyə Manuçaryan vurğulayıb.


Bundan əlavə, Manuçaryana görə, indi Qarabağ ermənilərinə məşğulluq proqramlarından istifadə etməyi tövsiyə edirlər. Qarabağ ermənilərinə maliyyə yardımı olaraq 125 dollar verməklə bağlı 4 aylıq proqram da başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO