Rusiyanın VIII çağırış Dövlət Dumasına üçgünlük seçkilər başa çatıb. Üçüncü günün nəticələrinə görə, səsvermələrdə Vahid Rusiya Partiyası liderdir.
Bizim.Media xəbər verir ki, bu günlərdə həmçinin ölkədə bələdiyyə seçkiləri keçirilir.
Rusiyanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici fəallğı 45 %-i ötüb.
MÖVZU İLƏ BAĞLI:
Kommunist Partiyası Putinin nəzarətindən çıxır? – TƏFƏRRÜAT
Səsvermələrin aktiv olduğu regionlar arasında Çeçenistan da var. Burada seçicilərin 93 %-dən çoxu səsvermələrdə iştirak edib.
Tatarsıtan və Başqırdıstanda seçici fəallığı müvafiq olaraq 70 % və 65 %-i ötüb.
Paytaxt Moskva sakinlərinin öz səslərini onlayn vermək imkanı da var. Qeyd edilir, onlayn səsvermədə iştirak 95 % olub.
Bizim.Media