Rəsmi Ankara tərəfindən peyvənd edilmiş əcnəbilərə məhdudiyyət qoyulduqdan sonra rusiyalıların Türkiyəyə səyahət sifarişləri ləğv edilməyib.
Bizim.Media xəbər verir ki, bu açıqlama ilə Rus tur operatorları çıxış ediblər.
Daha əvvəl Ankaranın yalnız Sputnik V vaksini ilə peyvənd edilənlərə pulsuz giriş icazəsi verəcəyini, Epivaccorona və Kovivak peyvəndi olan turistlərin PCR testindən keçəcəyini bildirmişdi.
MÖVZU İLƏ BAĞLI:
Rusiyalı turistlər bu tarixdə Türkiyəyə gələcək – Qardaş ölkədən şad xəbər
Turizm sənayesi nümayəndələrinin sözlərinə görə, pandemiya dövründə ruslar bu sahədə məhdudiyyətlərə öyrəşiblər və giriş qaydalarının dəyişməsi qarşısında orijinal tətillərinə davam edəcəklər.
Tur operatorlarından birinin nümayəndəsi TASS-a bildirib ki, "hamı artıq bu şəraitə uyğunlaşıb".
Bizim.Media