Ermənilərin Rusiyada növbəti təxribatı – 44 günlük savaşda ölənlərə abidə ucaldıldı

Ermənilərin Rusiyada növbəti təxribatı – 44 günlük savaşda ölənlərə abidə ucaldıldı

Hazırda oxunan: Ermənilərin Rusiyada növbəti təxribatı – 44 günlük savaşda ölənlərə abidə ucaldıldı

37248

Rusiyanın Samara şəhərində ermənilər tərəfindən 44 günlük savaşda həlak olan soydaşlarının xatirəsinə abidə ucaldılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Razi Nurullayev özünün

“Facebook” hesabından etdiyi paylaşımda məlumat verib:

“Ermənilər Rusiyanın Samara şəhərində "Artsax müharibəsində həlak olanlara əbədi xatirə" adlı abidə ucaldıblar. Samara yaşayan azərbaycanlıların nümayəndələri, diaspora təşkilatları etiraz ediblər. Rusiyada yaşayan soydaşımız Elmar Rəsulovun sözlərinə görə göndərdikləri məktuba gələn rəsmi cavab budur ki, şəxsi adam qoyub və dövlətin ona qarışmağa ixtiyarı yoxdur”. 
 

MÖVZU İLƏ BAĞLI:

“Rossiyskaya qazeta”dan Azərbaycana qarşı TƏXRİBAT


Bundan əlavə millət vəkili sözügedən məsələyə sərt mövqeyini də bildirib:

“Əgər belədirsə, biz də Bakının mərkəzində Rusiya separatçılarına, Rusiyanın düşmənlərinə heykəl qoyaq, Dağıstanda və Çeçenistanda öldürülən və Rusiyanın ekstremist, terrorçu adlandırdığı adamlara abidə ucaldaq və deyək ki, kiminsə ürəyi yanıb və öz şəxsi pulu ilə edib.

Rusiyaya səslənirəm ki, bu, xoşunuza gələr? 

Səfirlik və Diaspor komitəsi bununla bağlı rəsmi və açıq şəkildə Rusiya hakimiyyətinə etirazını bildirməlidir. Mən Milli Məclisin deputatı və Milli Cəbhə Partiyası - MCP -nin rəhbəri kimi kəskin etirazımı bildirir və Rusiya tərəfindən o yaramaz abidənin götürülməsini tələb edirəm”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO