Rusiya Prezidenti Vladimir Putin KTMT-nin məsuliyyət bölgəsindəki vəziyyətin nəinki qeyri-sabit olduğunu, həm də bölgə ölkələri üçün risklər daşıdığını söyləyib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.
"Artıq qeyd edildiyi kimi, KTMT-nin məsuliyyət bölgəsində və üzv dövlətlərin xarici sərhədlərindəki vəziyyət nəinki qeyri-sabitdir, həm də ölkələrimizin təhlükəsizliyi üçün yeni ciddi çağırışlar və risklər daşıyır". Putin KTMT-nin sammitində belə deyib.
MÖVZU İLƏ BAĞLI:
Putin üzr istədi - SƏBƏB
O, təcrid vəziyyətində olduğu üçün görüşdə videokonfrans vasitəsilə iştirak edir.
Bir gün əvvəl Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası və KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclasının ardından Əfqanıstanda vəziyyətlə əlaqədar bir bəyanat qəbul edilib.
Bizim.Media