Ermənistan parlamentində yalançı vətənpərvərlik ŞOUSU - DETALLAR

Ermənistan parlamentində yalançı vətənpərvərlik ŞOUSU - DETALLAR

Hazırda oxunan: Ermənistan parlamentində yalançı vətənpərvərlik ŞOUSU - DETALLAR

37187

Sentyabrın 15-də hökumət saatı zamanı Ermənistan parlamentinin iclasında "Ermənistan" müxalifət blokunun deputatı Kristine Vardanyan Kəlbəcərdən qaçan  bir qızın məktəbin divarında qeyd etdiyi yazını Baş nazirə və parlamentin üzvlərinə oxuyub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “news.am” saytı yayıb.

Mənbə yazır ki, deputat bu mesajı oxumazdan əvvəl, qızın divar önündə çəkilən fotosunu göstərib.

“Lənət olsun, türkün itləri və erməni xainləri! Həzm etməyəcəksiniz!”- yazıda deyilir.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan parlamenti imtina etdi: “Azərbaycanın polis postu müzakirə edilməyəcək”


"Düşünürəm ki, bu mətndə ən vacib olan son iki sözdür: “həzm etməyəcəksiniz". Və bəli, həzm etməyəcəksiniz. Bütün bunların sizin üçün heç bir nəticəsi olmadan keçməyəcəyini özünüz çox yaxşı bilirsiniz.

Bizə lazım olandan bir az çox yalan danışa bilərsiniz, amma hər şeyə mütləq cavab verəcəksiniz” deyə deputat hökumət üzvlərindən heç bir cavab gözləmədən fikirlərini yekunlaşdırıb.

Parlamentdə doğrudan da ona heç kim cavab verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO