“İran dövlətinin rəsmi sənədində Azərbaycanın ərazi bütövlüyü tanınmır” - FOTOFAKT

“İran dövlətinin rəsmi sənədində Azərbaycanın ərazi bütövlüyü tanınmır” - FOTOFAKT

Hazırda oxunan: “İran dövlətinin rəsmi sənədində Azərbaycanın ərazi bütövlüyü tanınmır” - FOTOFAKT

37111

“Gördüyünüz 22 avqust 2021-ci il (2021/08/22) tarixli nəqliyyat qaiməsində (CMR) aydın qeyd olunur ki, Təbrizdən Xankəndiyə bitum daşınır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində hüquqşünas Aslan İsmayılov qeyd edib.

“Bitum adətən yol inşaatında işlədilir. Diqqətimi çəkən əsas məqam isə təyinat məntəqəsi kimi - STEPANAKERT, ARMENIA yazılmasıdır.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Gorus-Qafan yolunda iki iranlı tır sürücüsü həbs olundu - FOTOFAKT 


İran dövlətinin rəsmi sənədində Azərbaycanın ərazi bütövlüyü tanınmır. Sənədin həqiqi olmasına şübhəm yoxdur, çünki bütün məlumatlar aydın qeyd olunub.

Hesab edirəm ki, bütün olub keçənlərdən sonra bu sənədin ortaya çıxması İran hakimiyyətinin Azərbaycana hansı mövqedə durmasını gün kimi aydın göstərir”. Aslan İsmayılov sonda “Bu fotonu İranda yaşayan soydaşlarımıza göndərin” yazıb.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO