Ərdoğan Zakir Həsənovla görüşdü

Ərdoğan Zakir Həsənovla görüşdü

Hazırda oxunan: Ərdoğan Zakir Həsənovla görüşdü

36984

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovu qəbul edib.

Bizim.Media bu barədə Türkiyə Prezident Administrasiyasına istinadən xəbər verir.

Qəbulda Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev də iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI:

Zakir Həsənov və Hulusi Akar “TurAz Şahini - 2021” təlimlərini izlədilər - FOTO


Qeyd edək ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın dəvətilə qardaş ölkədə səfərdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO