Paşinyan: “Müxalifət qanla hakimiyyətə gəlmək istəyir”

Paşinyan: “Müxalifət qanla hakimiyyətə gəlmək istəyir”

Hazırda oxunan: Paşinyan: “Müxalifət qanla hakimiyyətə gəlmək istəyir”

3662

Müxalifət ölkədə xaos yaratmaq və müharibəni Ermənistanın içərisində aparmaq istəyir.

Bizim.Media xəbər verir ki,bunu Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib. Paşinyan müxalifət qüvvələrini bilərəkdən hakimiyyətə qarşı dezinformasiya yaymaqda günahlandırıb:

"Bəzi qüvvələr Ermənistanda güc çatışmazlığı görünüşü yaratmağa çalışırlar. İqtidara qayıtmalarını təmin etmək üçün ölkədə fəsad törətmək istəyirlər. Ancaq buna nail ola bilmirlər. Xalqı qanuni hökumətə qarşı çevirə bilməzlər” deyə Paşinyan sözlərinə əlavə edib.

Paşinyan müxalifətin qanla hakimiyyətə can atmaq istədiklərini də deyib:

"Hər zaman olduğu kimi qanla hakimiyyətə qayıtmalarını təmin etməyə çalışırlar. Sizə inamla deyirəm ki, buna imkan verməyəcəyik. Hakimiyyəti möhkəm saxladığımız üçün deyil, qürurlu erməni xalqı bunu istəmədiyi üçün”,- deyə  baş nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO