Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İrandakı nüvə obyektlərinin kameralarına girişini bərpa edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə bazar günü İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami MAQATE-nin baş direktoru Rafael Qrossi ilə danışıqlardan sonra bildirib.
"MAQATE texniki qrupunun kameralarla lazımi işləri həyata keçirmək üçün İrana gələcəyi razılaşdırılıb.
Baş direktorun yaxın vaxtlarda Tehrana səfər edəcəyi və səlahiyyətlilərlə danışıqlar aparacağı barədə razılığa gəldik", - Eslami əlavə edib.
MÖVZU İLƏ BAĞLI:
İran MAQATE-ni xəbərdar etdi: “Nüvə fəaliyyətimizi sürətləndiririk”
Görüşün yekunlarına dair birgə bəyanatda qeyd olunur ki, MAQATE müfəttişlərinə MAQATE və İranın Atom Enerjisi Təşkilatının birgə möhürləri altında saxlanılacaq avadanlıqlara xidmət etməyə və onları dəyişdirməyə icazə veriləcək.
İran və MAQATE-nin birgə bəyanatında bildirilir ki, sənəddə Məhəmməd Eslaminin agentliyin sentyabrın 20-də açılacaq baş konfransının "kənarında" bir daha Rafael Qrossi ilə görüşəcəyi qeyd edilib.
Yeni görüşün məqsədi "İran və MAQATE arasında müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək və qarşılıqlı maraq doğuran aktual problemləri müzakirə etmək üçün İran hökuməti ilə yüksək səviyyəli məsləhətləşmələr aparmaqdır".
Bizim.Media