Türkiyədə erməni siyasətçi hakimiyyətə meydan oxudu – “Suallarıma cavab verin”

Türkiyədə erməni siyasətçi hakimiyyətə meydan oxudu – “Suallarıma cavab verin”

Hazırda oxunan: Türkiyədə erməni siyasətçi hakimiyyətə meydan oxudu – “Suallarıma cavab verin”

36501

Cəmi 5 ay əvvəl “erməni soyqrımı”nın tanınması, soyqırımdan məsul şəxslərin adlarının ictimaiyyətə açıqlanması ilə bağlı Türkiyə Məclisi Rəyasət Heyətinə qanun layihəsi təqdim edən Türkiyə Xalqları Demokratik Partiyasının erməni əsilli üzvü Garo Paylan indi münasibətlərin nə zaman yaxşılaşacağının qeydinə qalmağa başlayıb.

Bizim.Media xəbər verir ki, o, qardaş ölkənin vitse -prezidenti Fuad Oktaya yazılı şəkildə müraciət edərək, suallarının cavablandırılmasını istəyib. 

Məktubda Türkiyənin Ermənistanın müstəqilliyini tanıyan ilk ölkə olduğu, amma Qarabağ müharibəsinə görə Ermənistanla sərhədləri bağladığı, diplomatik və siyasi münasibətləri dondurduğu xatırladılır: 
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-ın “erməni soyqrımı” hesabatları - Gərək Ermənistan Türkiyədən üzr istəsin


“Keçən il Qarabağ müharibəsindən sonra əldə olunan atəşkəs razılaşmasına əsasən, erməni qoşunları onilliklər ərzində nəzarətlərində olan əraziləri tərk etdilər. Bu yaxınlarda prezident Ərdoğan və Ermənistanın baş naziri Paşinyan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına çağıran bəyanatlar verdilər”.

Bunları əsas gətirən Garo Paylan bir neçə ay öncə erməni soyqrımının tanınması üçün etdiyi müraciəti unudaraq vitse prezidentə suallar “yağdırıb”:

1.Ermənistanla münasibətləri normallaşdırmaq üçün hansı yolu seçəcəksiniz?

2.Ermənistanla sərhədi nə vaxt açacaqsınız?

3.Ermənistanla nə vaxt diplomatik əlaqələr quracaqsınız?

4.Ermənistanla etibarlı münasibətlərin bərpası üçün hansı addımları atacaqsınız?

5.Ermənistanla quru və dəmir yolu nəqliyyatının təmin edilməsi ilə bağlı müzakirələr varmı?

6.Ermənistana birbaşa təyyarə reysləri açmaq təşəbbüsü ilə çıxış edəcəksinizmi?

Türkiyə hakimiyyəti hələlik erməni siyasətçinin suallarına cavab verməyib.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO