Moskva erməni revanşistləri niyə müdafiə edir? - Kremlin yeni PLANLARI 

Moskva erməni revanşistləri niyə müdafiə edir? - Kremlin yeni PLANLARI 

Hazırda oxunan: Moskva erməni revanşistləri niyə müdafiə edir? - Kremlin yeni PLANLARI 

36477

Ermənistanda keçirilən parlament seçkilərində məğlubiyyətlə qarşılaşan eks prezident Robert Köçəryən Moskvaya dəvət alıb.

Bizim.Media xəbər verir ki, bu barədə Köçəryanın ofisinin koordinatoru Baqrat Mikoyan “Sputnik.Armenia”ya bildirib ki, eks prezident orada iqtidar partiyası olan “Vahid Rusiya” bloku ilə görüşəcək və iki ölkə arasında tərəfdaşlıq əlaqələri müzakirə olunacaq. 

Onun sözlərinə görə bu Ermənistan üçün həm iki siyasi birlik arasında konstruktiv dialoq baxımından, həm də Ermənistan-Rusiya münasibətlərinin inkişafı kontekstində son dərəcə vacibdir. 
 

MÖVZU İLƏ BAĞLI:

“Baş verən hadisələrin incəliklərini Moskva həmişə nəzərə almır” – Əli Hacızadə


Ekspertlərin fikrinə gəlincə... 

Bu dəvət bir neçə məqsəd daşıyır. Moskava bu yolla həm Köçəryanın könlünü alır, həm də Paşinyanın başında balta kimi hazır saxlamaq məqsədi güdür. Çünki Qərbə meyilli olan Paşinyan son zamanlar Rusiyaya meydan oxumaqla məşğuldur.

Dİgər məqsəd isə Rusiyanın ikili standart daşıyan oyunlarında bu görüşü Azərbaycana təzyiq predmeti kimi istifadə etməsi kimi göstərilir. Politoloq Cümşüd Nuriyevin də fikrincə, revanşist Köçəryanın rəsmi şəkildə Moskvaya çağırılmasının altında bir neçə məsələ yatır.

Ekspert Bizim.Media-ya açıqlamasında bildirib ki, gələn həftə Rusiyada keçiriləcək parlament seçkilərində “Vahid Rusiya” blokunun vəziyyəti o qədər də yaxşı qiymətləndirilmir. 

“Onlar Köçəryanı Rusiyaya dəvət etməklə, son zamanlar ziyalılar və elita tərəfindən tənqid olunan“Vahid Rusiya” bloku üçün, orada yaşayan ermənilərin səsini almaq istəyir. Bundan başqa Rusiya yeni dövlətlər birliyi yaratmaq istəyir. Artıq Belorusiya ilə razılaşma var, noyabrın 10-da protokollar imzalanacaq. O Ermənistanı da bu birlikdə görmək istəyir”. 

Rusiyanın Azərbaycana qarşı təzyiq metodu...

Politoloqun da fikrincə, bu həm də bir növ Rusiyanın Azərbaycana təzyiq göstərmək istəyidir. Bundan başqa bu görüş son zamanlar Azərbaycanda anti-Rusiya fikri geniş formalaşdığı üçün, ölkə daxilində gərginlik yaratmaq üçün də hesablanıb.

“Azərbaycanda anti-Rusiya fikrinin formalaşması ərazilərimizdə yerləşdirilən sülhməramlıların fəaliyyətindən əmələ gələn bir qıcıqlanmadır. Rusiya bunu bilir və buna qarşı ciddi addımlar atmaq fikrindədir. Bu səbəblə Rusiya belə təzyiq predmetlərindən istifadə etmək istəyir”.


Sonda politoloq qeyd edib ki, Rusiya həmçinin Köçəryanı qanadının altına almaqla Paşinyanın fəaliyyətindən narazı olduğunu bildirir.

“Paşinyan Qərb yönümlü olduğu üçün onun hərəkətləri rəsmi Kreml tərəfindən bəyənilmir. Onlar Köçəryana dəstək verməklə bir növ Paşinyana qarşı istifadə etmək, ona öz nüfuzunu göstərmək istəyir.

Ruslar çalışacaqlar ki, Köçəryanı hər zaman Paşinyana qarşı bir silah kimi əllərində saxlasınlar”. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO