Rusiya Belarusla necə birləşir? – İLK MÜDDƏALAR

Rusiya Belarusla necə birləşir? – İLK MÜDDƏALAR

Hazırda oxunan: Rusiya Belarusla necə birləşir? – İLK MÜDDƏALAR

36367

Vladimir Putin və Alyaksandr Lukaşenko sentyabrın 9-da Moskvada keçirilən görüşdə ölkələri arasında siyasi və iqtisadi interqrasiya məsələsini müzakirə ediblər. Bu gün isə hökumərləarası iclas keçirilib.

Bizim.Media həmin görüşdən çıxış edərək, iki prezident arasında hansı məsələlər həllini tapıb deyə çıxarış edib. 

Əsas olanlar:

-Uzun zaman davam edən danışıqlardan sonra, sonuncu qaz proqram da daxil olmaqla, müttəfiq dövlətlər 28 proqram üzrə (yol xəritələri) razılaşmaya gəliblər.  
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya və Belarus vahid bazar yaradacaq - DETALLAR 


-2022 -ci ildə Belarus üçün Rusiya qazının qiyməti cari ilin səviyyəsində qalacaq - min kubmetr üçün 128,5 dollar, halbuki o birjada 700 dollara satılır.

- qaz neft və neft məhsulları və elektrik enerjisi üçün vahid bazar yaradılacaq. (müqavilə 1 dekabr 2023 -cü ilədək imzalanacaq)

- vahid makroiqtisadi siyasətdə ödəniş sistemləri inteqrasiya ediləcək və pul-kredit siyasəti uyğunlaşdırılacaq.

- vahid valyuta məsələsi üzrə emissiya mərkəzinin formalaşdırılması - ancaq Lukaşenko əmindir ki, bu problem onun və Putinin prezidentliyi dövründə artıq həll olunacaq

-ölkələr vahid sənaye siyasətinə keçəcək və onlar dövlət satınalmaları və sifarişlərində birlikdə iştirak edəcəklər.

-bütün dolayı vergilərin uyğunlaşdırılması üçün vahid metodologiyanın və bu proseslərə nəzarət edəcək bir qurumun yaradılması barədə razılığa gəliblər.

- təqaüdlərə, əmək qanunvericiliyi, sosial sığorta və müavinətlərə vahid yanaşmalar hazırlanacaq. 

- siyasi inteqrasiya mövzusu isə  müzakirə edilməyib, onların fikrincə bunun üçün  əvvəl iqtisadi əsas yaradılmalıdır. 

Bundan əlavə, tərəflər rəsmi Minskə yeni maliyyə dəstəyi barədə də razılığa gəliblər. Bu məbləğ sentyabr ayından 2022-ci ilin sonuna qədər 630-640 milyon dollar təşkil edəcək.

Eyni zamanda Rusiya Belarusiya ilə hava məkanında olan bütün koronavirus məhdudiyyətlərini ləğv edəcək.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO