Paşinyanın arvadı fırıldaqçılıqda ittiham edildi

Paşinyanın arvadı fırıldaqçılıqda ittiham edildi

Hazırda oxunan: Paşinyanın arvadı fırıldaqçılıqda ittiham edildi

3635

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın saç ustası Sofya Xudoyan ona qarşı kəskin ittihamlar səsləndirib.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrin ermeni seqmentində məlumatlar yayılıb. Sofya Xudoyan Akopyanı fırldaqçılıqda ittiham edib.

Belə ki, Akopyan Xudoyandan zinət əşyaları alıb və çoxlu geyim sifariş edib. Lakin nə zinət əşyalarını qaytarıb, nə də aldığı geyimlərin pulunu ödəyib. Sofya Xudoyan bildirib ki, sosial şəbəkələrdə bununla bağlı davamlı paylaşımlar edib. Lakin Anna Akopyan tərəfindən hamısı sildirilir.

“Silmə, sən oyanana qədər mən dəfələrlə yazacam, Anna. Əgər şərəfin varsa, zəng et, zinət əşyalarımı qaytar, sifariş etdiyin geyimlərin pulunu ver. Bu, utancvericidir. Silmə”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO