Artıq Rusiya sülhməramlı qüvvələrinin yeni təyin olunmuş komandanı general-mayor Mixail Kosobokov bu gündən fəaliyyətinə başlayıb.
Verilən məlumata görə, sülhməramlıların keçmiş rəhbəri general –leytenant Rüstəm Muradov isə təhvil- təslim işlərini həyata keçirir. O, hələ də Qarabağı tərk etməyib və hazırda Xankəndidədir və bir müddət orada olacaq.
Rusiyalı generalın bundan sonra hansı istiqamətdə fəaliyyət göstərəcəyi ətrafında da müxtəlif versiyalar dolaşır.
MÖVZU İLƏ BAĞLI:
Rüstəm Muradov Qarabağdakı missiyasını başa vurdu - TƏFƏRRÜATLAR
Bəzi iddialara görə, general-leytenant Şimali Qafqaz hərbi dairəsinə rəhbər göndərilir. Lakin bir başqa versiyaya görə R.Muradov Suriyada yerləşən Rus Hərbi Birləşmələrinə başçılıq edəcək.
Bu haqda rəsmi heç bir məlumat olmasa da onun konflikt yaşanan bölgələrdən birinə göndəriləcəyi deyilir. Bir ehtimal isə onun Əfqanıstanda yaranan münaqişəyə görə Tacikistanın cənubuna Əfqanıstan ilə sərhəd bölgəsinə göndəriləcəyidir.
Ötən gün Rusiya Fövqaladə Hallar naziri Yevgeni Ziniçevin faciəli ölmündən sonra Rüstəm Muradovun onun yerinə təyin ediləcəyi də danışılır.
Bu şaiyələrə onun RF Müdafiə naziri Şoyqu ilə olan mehriban münasibətləri də əsas verib.
Bütün hallarda Qarabağdan çıxarılan Rüstəm Muradov Rusiya prezidenti Vladimir Putindən müvafiq əmr gözləyir.
Vüsalə Balayeva, Bizim.Media