30 il sonra sərnişin təyyarəsi Naxçıvana Ermənistan üzərindən uçdu - FOTOFAKT

30 il sonra sərnişin təyyarəsi Naxçıvana Ermənistan üzərindən uçdu - FOTOFAKT

Hazırda oxunan: 30 il sonra sərnişin təyyarəsi Naxçıvana Ermənistan üzərindən uçdu - FOTOFAKT

36061

Gəncədən Naxçıvana uçan təyyarə 30 il sonra ilk dəfə Ermənistan hava məkanı üzərindən uçuş edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Flight Radar” məlumat yayıb.

“Türk Hava Yolları”na aid “Boeing-737” təyyarəsi sentyabrın 4-ü TK326 Gəncə - Naxçıvan uçuşunu reallaşdırıb. Bununla bağlı məlumat bu gün yayılıb.

Təyyarə Gəncədən 09:57-də havaya qalxıb və 10:32-də Naxçıvanda eniş edib. Uçuş müddəti 35 dəqiqə olub.

“Flight Radar”ın yazdığına görə, təyyarənin istiqamət rotası Göyçə Gölü üzərindən keçib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO