İranlı nazirdən ETİRAF: “Danışıqların xalqımız üçün faydası yoxdur”

İranlı nazirdən ETİRAF: “Danışıqların xalqımız üçün faydası yoxdur”

Hazırda oxunan: İranlı nazirdən ETİRAF: “Danışıqların xalqımız üçün faydası yoxdur”

35842

"Vaxt itkisi olan və nəticəsiz müzakirənin İran xalqının xeyirinə olmayacağı qənaətindəyik". 

Bizim.Media xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu ölkədə olan xarici diplomatlarla görüşündə deyib.

H.Ə.Abdullahiyan müzakirələrina artıq heç bir faydasının olmayacağını bildirib: 

"Biz heç vaxt müzakirədən geri çəkilməyəcəyik. Lakin düşünürük ki, müzakirə etməyin İran xalqı və digər tərəflər üçün heç bir faydası yoxdur". 

Nazir bildirib ki, "Hərtərfli Birgə Fəaliyyət Planına əsas zərbəni ABŞ vurub və onlar bu planın pozulmasında təkcə ittiham olunmurlar, bəlkə əsas cinayətkar onlardır". 

İran XİN-in rəhbəri ölkəsi üçün prioritetin region dövlətləri ilə danışıqlar aparmaq olduğunu vurğulayıb:  

"Regiondakı mövcud problemlərin həlli üçün əsas çıxış yolu bölgədəki dövlətlər arasında danışıqların aparılmasıdır". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO