Korotçenko: “Fransa bu qərarla vasitəçilik missiyasını rədd etdi”

Korotçenko: “Fransa bu qərarla vasitəçilik missiyasını rədd etdi”

Hazırda oxunan: Korotçenko: “Fransa bu qərarla vasitəçilik missiyasını rədd etdi”

3583

“Fransa Senatının Azərbaycan ərazisindəki Qondarma Dağlıq Qarab Respublikasının “müstəqilliyini” tanımasına çağıran qətnaməsi rəsmi Parisin münaqişənin nizamlanmasından çəkilməsinə dair bir bəyanatdır”.

Bizim.Media xəbər verir ki, bunu “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Vestnik Kavkaza”-a müsahibəsində deyib.

Politoloq deyib ki, bu təxribatla Fransa qərəzli olduğunu göstərdi və özünü ATƏT-in Minsk Qrupunun xaricində qoydu:

“Bir tərəfdən qətnamə bəzi fransız deputatların siyasi korrupsiya faktorunun və onların Fransadakı erməni lobbisi ilə əlaqələrinin təsiriylə qəbul edildi. Digər tərəfdən, bu, açıq şəkildə dost olmayan bir ölkəyə – Azərbaycana qarşı təhqirdir”.

İqor Korotçenko əlavə edib ki,  Fransa əvvəldən tarazlığı qoruyub saxlamadı və Ermənistanın maraqlarını açıq şəkildə himayədarlıq etdi:

“İndi bu, bir daha təsdiqləndi. Lakin hüquqi baxımdan qətnamə əhəmiyyətsizdir. Siyasi baxımdan isə Fransanın məsələyə təsir cəhdidir. Amma əslində bu qərarla Paris vasitəçilik missiyasını rədd etdi “.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO