İran silahlı qüvvələri, İslam Respublikasının təhlükəsizliyini təhdid yaradacaqları təqdirdə İraqın Kürd Muxtar Bölgəsindəki terror qruplarına zərbə endirə bilər.
Bizim.Media “İRNA” agentliyinə istinadən xəbər verir ki, bu sözləri İslam İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələrinin komandanı, briqada generalı Məhəmməd Pakpur deyib.
"Silahlı terror qrupları Şimali İraqdan İranla sərhəd bölgədə təhlükəsizlik təhdidləri yaratmağa cəhd edirlər", - deyə o, bildirib.
MÖVZU İLƏ BAĞLI:
İranlı nazirdən ETİRAF: “Ölkə 3 ildə 100 milyard dollar itirib”
İranlı generalın fikrincə, "belə bir vəziyyətin davam etməsi İran üçün qəbuledilməzdir və Tehran terrorçulara layiqli cavab verəcək".
Pakpur əlavə edib ki, "İraq və Kürd muxtariyyəti hökumətləri terrorçuların bu ərazidə İranı təhdid edən qruplar yaratmasına icazə verməməlidir".
Qeyd edək ki, İranın qərbindəki sərhəd bölgələri ölkə üçün gərginlik mənbələrindən biridir. Kürd Muxtar Vilayəti ilə sərhəddə İran qüvvələri ilə kürd təşkilatlarının üzvləri arasında vaxtaşırı toqquşmalar baş verir.
Bizim.Media