Fransa səfiri Senatın qətnaməsinə münasibət bildirdi

Fransa səfiri Senatın qətnaməsinə münasibət bildirdi

Hazırda oxunan: Fransa səfiri Senatın qətnaməsinə münasibət bildirdi

3563

Fransanın Azərbaycandakı səfiri Zaxari Qross ölkəsinin Senatı tərəfindən qəbul edilən qətnaməyə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, diplomat bununla bağlı  “Twitter” səhifəsində paylaşım edib:

“Aydın olması üçün bir daha təkrar edim. Axşam Fransa Senatında çıxış edən Fransa hökumətinin naziri deyib: “Fransa hökumətinin siyasəti birtərəfli qaydada “Dağlıq Qarabağ Respublikası”nı tanımaq deyil. Bu addım nə faydalı, nə də effektiv olacaq".

Səfirin fikrincə, Dağlıq Qarabağdakı münaqişənin həlli Fransanın birtərəfli jesti deyil, tərəflər arasındakı dialoq sayəsində reallaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO