44 günlük savaşın peyk görüntüləri ermənilərin əlinə keçə bilər - İDDİA

44 günlük savaşın peyk görüntüləri ermənilərin əlinə keçə bilər - İDDİA

Hazırda oxunan: 44 günlük savaşın peyk görüntüləri ermənilərin əlinə keçə bilər - İDDİA

35360

44 günlük savaşın kosmosdan çəkilən videogörüntüləri erməni müxalifətinin əlinə keçə bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “news.am” saytı məlumat yayıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanın hərbi sputniki orbitdən çıxaraq dağıldı


Belə ki, kosmosda süni peyki olan ölkələrdən birinin nümayəndələrinin erməni müxalifətinin bəzi dairələri ilə əlaqə saxlayaraq əllərində olan və Ermənistanla əlaqəli video materialları onlara təklif etdiyi iddia olunur. 

Həmin görüntülər arasında 44 günlük müharibənin video çəkilişləri də var. Eyni zamanda, həmin kadrlara baxıldıqda Azərbaycanın savaş ərzində hansı taktikalardan istifadə etdiyi və Ermənistanın məğlubiyyəti barədə aydın təsəvvür yarana biləcəyi qeyd olunub.  

Lakin müxalifətin sözügedən təklifə hansı cavabı verdiyi hələlik məlum deyil. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO