Hakim "Vətəndaş müqaviləsi" partiyasının deputatları Xankəndidə dünən xoş qarşılanmayıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Qraparak" qəzeti yayıb.
Mənbə yazır ki, İrəvandan gələn deputatların səfərindən narazı qalan və qonaqların Qardaşlıq qəbiristanlığını ziyarət etmək niyyətində olduqlarını öyrənən ölən əsgərlərin yaxınları otelə girərək onlara hücum ediblər.
Xoşagəlməz hadisənin qarşısı qondarma rejimin qoçuları tərəfindən alınıb.
Bundan sonra qəbiristanlığa yalnız qondarma rejimin və Ermənistanın müxalif fraksiyalarının nümayəndələri gediblər.
Hökumətyönlü deputatlar ora daha sonra - dairəvi yolla gəliblər. Qarabağda qondarma "Ədalət" fraksiyasının deputatı David Qalstyan oxşar hadisənin baş verdiyini qəzetə təsdiqləyib.
O, həmçinin qeyd edib ki, “Vətəndaş müqaviləsi”nin deputatlarının qəbiristanlığı ümumiyyətlə ziyarət edib-etmədiyini bilmir.
Bizim.Media