Erməni hüquq müdafiəçisi: “İtkin düşənlər yalnız siyasi məqsədlər üçün manipulyasiya edilir”

Erməni hüquq müdafiəçisi: “İtkin düşənlər yalnız siyasi məqsədlər üçün manipulyasiya edilir”

Hazırda oxunan: Erməni hüquq müdafiəçisi: “İtkin düşənlər yalnız siyasi məqsədlər üçün manipulyasiya edilir”

35148

“Ermənistan bu problemlə Qarabağ müharibəsinin birinci mərhələsindən sonra üzləşib və Ermənistan səlahiyyətliləri dərk etməlidirlər ki, dövlətin öz vətəndaşlarına qarşı yanaşması belə olmamalıdır”. 

Bizim.Media xəbər verir ki, bunu Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri, erməni hüquq müdafiəçisi Artur Sakunts deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Sərhəddəki erməni təxribatlarının hədəfi Bakı deyil” – Tofiq Zülfüqarov SİYASİ SİRRİN ÜSTÜN AÇDI


Onun sözlərinə görə, 243 itkin düşən var, ancaq bir nəfər olsa belə, dövlət öz öhdəliyini yerinə yetirməlidir. 

“Dövlət özünün bu öhdəliyini vətəndaşlar qarşısında da dərk etmədi. Birinci müharibədən sonra başqa müharibələr olmaması üçün səylər göstərməli idi, çünki müharibədən sonra zərərçəkənlər olur. Məgər əsirlər, qurbanlar və qaçqınlar olmaması üçün lazmi səylər göstərildi?”, - deyə Sakunts qeyd edib. 

O bildirib ki, Ermənistanda itkin düşənlər və hərbi əsirlər problemi yalnız siyasi məqsədlər üçün manipulyasiya edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO