Gürcüstan Rusiya ilə qonşu kimi normal yaşamaq istəyirsə, Moskva münasibətləri bərpa etməyə hazırdır.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RİA Novosti”yə açıqlamasında deyib.
"Gürcüstan həqiqətən də Qərbin himayəsini qorumaq üçün rus kartından istifadə etmirsə, bizimlə qonşu olaraq normal bir həyat yaşamaq istəyirsə, hər an buna hazırıq" deyə Lavrov bildirib.
MÖVZU İLƏ BAĞLI:
Lavrov erməni jurnalisti necə susdurdu? - VİDEO
“Vətəndaşlarımız üçün vizasız rejim tətbiq etdikdə gürcü qonşumuza cavab vermək niyyətimiz vardı. İlk növbədə, baş verənlərə yaxından baxdıq və təbii ki, heç kimin Gürcüstana səyahət etməsini qadağan etmədik.
Ancaq təxminən 1.5 il əvvəl, hətta Rusiyaya səfər etmək üçün Gürcüstan vətəndaşları üçün vizasız rejim elan etməyə hazır idik, amma sonra xoşagəlməz bir hadisə baş verdi.
Beynəlxalq Pravoslavlıq Assambleyasının növbəti iclası üçün Tiflisə gələn Rusiya parlament nümayəndə heyətinə qarşı kobud təxribat edildi”, deyə o, yekunlaşdırıb.
Bizim.Media