Rusiya Prezidenti Vladimir Putin uşaqlıqda dənizçi, pilot və kəşfiyyatçı olmaq arzusunda olub.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin sahibi "Rusiya 24" telekanalının yayımladığı "Okean" Ümumrusiya Uşaq Mərkəzinin məktəb şagirdləri ilə görüşündə danışıb.
"Bir çox oğlanlar kimi mən də dənizçi, pilot, sonra kəşfiyyatçı olmaq istəyirdim. Sonuncu arzumu həyata keçirdim.
MÖVZU İLƏ BAĞLI:
Putin Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə keçirdi - SƏBƏB
Bəzən bunun necə baş verdiyini belə düşünürəm. Əslində çətin məsələdir. Deyə bilməzsən ki, “kəşfiyyatçı olmaq istəyirəm” və səni kəşfiyyata aparırlar. Belə olmur, ancaq məndə belə alındı”, deyə Putin bildirib.
Prezident qeyd edib ki, əslində məktəb, ailən və mühit səni Vətəninə xidmət etmək üçün hazırlayır:
“Bu gün bu işlə məşğulam. Düşünürəm ki, bu mənada arzuladığım şeyə nail ola bildim".
Rusiya Federasiyası Prezidentinin məktəblilərlə söhbətində qeyd etdiyi kimi, ən başlıcası hədəfi müəyyənləşdirməkdir:
“Əgər arzun aydın və başa düşüləndirsə, buna nail olmaq üçün hər şansın var”.
Putinə görə, ikinci ən vacib komponent xəyal qurmaqdan qorxmamaq, özünə inanmaqdır və sonra müvəffəqiyyət təmin edilir.
Bizim.Media