“Əsirlərlə bağlı yekun qərar Rusiyadan asılı deyil” - Sergey Lavrov - VİDEO

“Əsirlərlə bağlı yekun qərar Rusiyadan asılı deyil” - Sergey Lavrov - VİDEO

Hazırda oxunan: “Əsirlərlə bağlı yekun qərar Rusiyadan asılı deyil” - Sergey Lavrov - VİDEO

35010

Xəbər verdiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın yeni xarici işlər naziri Ararat Mirzoyanla Moskvada görüşüb. Birgə keçirilən mətbuat konfransında Lavrov Qarabağla bağlı bəzi detalları açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni nazir Azərbaycana şərt qoydu: “Qarabağın statusu” həll edilməyincə... - VİDEO


"Burada bir sıra məsələlər var ki, onları birbaşa dövlət başçıları müzakirə edir. Elə məsələlər də var ki, gündəlik əsasda onları bizim hərbçilərimiz, sərhədçilərimiz Azərbaycan və Ermənistandan olan həmkarları ilə həll edirlər. Regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələsi üzrə Baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli işçi qrup fəaliyyət göstərir. Ona görə də, hesab edirəm ki, bizim əhatəli gündəliyimiz var”, deyə o, qeyd edib.

Lavrov xatırladıb ki, Azərbaycandakı erməni hərbçilər 9 noyabr bəyanatından sonra, noyabrın sonunda saxlanılıblar:

“Bütün bunlara baxmayaraq, Rusiya Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslarında, eyni zamanda, digər səviyyələrdə Azərbaycan tərəfinə siqnal göndərilir. Bu vacib humanitar addım olardı. Biz bu mövqedən çıxış etməyə davam edəcəyik”.

Nazir yekun qərarın Rusiyadan asılı olmadığını deyib. Sergey Lavrov çıxışında başqa məsələlərə də toxunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO