Koronavirusa yoluxan 6 yaşlı uşaq Gürcüstanda Tsitsişvili adına Tbilisi Uşaq Xəstəxanasında dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə xəstəxananın direktoru Maya Çxeidze jurnalistlərə açıqlamasında bildirib.
"Uşağı klinikamıza çatdırdıqda dərhal intubasiya etdik və süni tənəffüs aparatına qoşduq. Bu uşaqda çox uzun müddət davam edən xəstəliklərin siyahısı var idi: uşaq serebral iflici, epileptik sindrom və s.
MÖVZU İLƏ BAĞLI:
Dünyada koronavirusla bağlı SON STATİSTİKA
Orqanizmində sonda COVİD infeksiyası səbəbi ilə septik şok inkişaf etmişdi və təəssüf ki, öldü”, deyə direktor vurğulayıb.
Qeyd edək ki, bu, Gürcüstanda koronavirus infeksiyasından ölən sayca üçüncü uşaqdır.
Bizim.Media