“Ermənistan birtərəfli ittihamlar əvəzinə, gələcəyə baxan və həqiqəti əks etdirən mövqeyə sahib olmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina, eləcə də Monteneqroya səfərdən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.
MÖVZU İLƏ BAĞLI:
“İkinci S-400 alayını Rusiyadan alacağıq” - ƏRDOĞAN
"Birtərəfli ittihamlar yerinə, gələcəyə baxan, realist yanaşmalar üstünlük təşkil etməlidir. Bu istiqamətdə hərəkət etməyə hazır olduğunu bəyan edən Ermənistan hökuməti ilə münasibətlərimizi tədricən normallaşdırmaq üçün çalışa bilərik", - deyə Ərdoğan qeyd edib.
Ərdoğanın sözlərinə görə Türkiyə yalnız bu halda Ermənistanla mərhələli şəkildə əlaqələrini normallaşdıra bilər.
Bizim.Media