Erməni artilleriyaçı HƏBS EDİLDİ 

Erməni artilleriyaçı HƏBS EDİLDİ 

Hazırda oxunan: Erməni artilleriyaçı HƏBS EDİLDİ 

34619

Ermənistanda 44 günlük müharibə zamanı fəaliyyətsizlik nümayiş etdirdiyinə görə artilleriyaçı zabit həbs olunub. 

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb. 

Müharibə zamanı artilleriya diviziyasına cavabdeh olan, 27 sentyabr 2020-ci ildə elan edilən hərbi vəziyyət zamanı mayor rütbəsi daşıyan zabit həbs olunub. 

Sözgedən şəxsi maraqlarına və öz həyatını xilas etməyə görə fəaliyyətsizlik göstərməkdə təqsirli bilinib. 

“Bunun ağır nəticələri olub. Zabit məhkəmənin qərarı ilə həbs edilib. Hazırda araşdırmalar davam etdirilir”, - məlumatda qeyd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO