Paşinyan: «Əsas vəzifə təhlükəsizliyi təmin etməkdir»

Paşinyan: «Əsas vəzifə təhlükəsizliyi təmin etməkdir»

Hazırda oxunan: Paşinyan: «Əsas vəzifə təhlükəsizliyi təmin etməkdir»

3461

«Vəziyyətdən hamımız narazıyıq. Ancaq hansı alternativlərimiz olduğunu anlamalıyıq. Vəziyyəti daha da pisləşdirməməyə, sabitləşdirmək və yaxşılaşdırmaq üçün çalışmalıyıq»

Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan səsləndirib.

O, müxalifət tərəfindən edilən çağırışların Ermənistan cəmiyyətində geniş dəstək almadığını söyləyib.

Paşinyanın sözlərinə görə, erməni cəmiyyəti bu sənədin imzalandığı situasiyada Ermənistan üçün daha yaxşı real alternativin olmadığı ilə razılaşır.

«Fikrimcə, bu, imzalanmış sənədin erməni cəmiyyətində anlayışla qarşılanmasıdır»-deyə o əlavə edib.

Rəqibləri tərəfindən növbədənkənar parlament seçkilərinin keçirilməsi çağrışlarına gəlincə, Paşinyan, ölkənin digər vəzifələrə, ilk növbədə siyasi və iqtisadi sabitliyin və təhlükəsizliyin bərpasına yönəlməsinə ehtiyacın olduğunu vurğulayıb.

"İndi Ermənistan hökumətinin və bütün siyasi qüvvələrin əsas vəzifəsi ölkədə tam sabitliyi və təhlükəsizliyini bərpa etmək olmalıdır".

"Mən yalnız daxili təhlükəsizliyi deyil, həm də xarici tərəfi nəzərdə tuturam. Altı aylıq dövr üçün bir yol xəritəsi dərc etdim və yaxın altı ay ərzində vəziyyəti sabitləşdirmək üçün işləyəcəyik. Bundan sonra növbəti addımlar barədə qərar verəcəyik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO