Ermənistanda azərbaycanlı sərhədçiyə hücumla bağlı araşdırmaya başlandı

Ermənistanda azərbaycanlı sərhədçiyə hücumla bağlı araşdırmaya başlandı

Hazırda oxunan: Ermənistanda azərbaycanlı sərhədçiyə hücumla bağlı araşdırmaya başlandı

34503

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Xidməti azərbaycanlı sərhədçiyə hücum etmiş erməni hərbçilərin şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı operativ axtarış tədbirlərinə başlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ermənistan KİV-i yayıb.

Mənbə yazır ki, Azərbaycanın Dövlət Sərhəd Xidməti sərhəd zastavalarından birində hücum barədə Ermənistan tərəfini məlumatlandırıb.

“Hazırda Ermənistan Respublikasının MTX-nin Sərhəd Qoşunları Azərbaycan tərəfinin təqdim etdiyi məlumat əsasında operativ araşdırma və axtarış tədbirləri həyata keçirirlər”,  deyə Ermənistan MTX-nin Mətbuat Xidmətinin məlumatında deyilir.

Xatırladaq ki, avqustun 25-də iki erməni hərbçi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əsgəri Ruslan Şirəliyevə süngü bıçağı ilə hücum ediblər.

Hadisə “Qubadlı” əlahiddə sərhəd diviziyasının Gorus-Qafan yolunun Aşağı Cibikli kəndi yaxınlığında yerləşən məntəqəsinin ərazisində baş verib. Sərhəd qulluqçularının köməyə gəldiyini görən erməni hərbçilər qaçıblar. Hazırda yaralı əsrgərin həyatı üçün heç bir təhlükə yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO