Paşinyan parlamentdə Azərbaycan toponimlərindən istifadə etdi – DETALLAR - VİDEO

Paşinyan parlamentdə Azərbaycan toponimlərindən istifadə etdi – DETALLAR - VİDEO

Hazırda oxunan: Paşinyan parlamentdə Azərbaycan toponimlərindən istifadə etdi – DETALLAR - VİDEO

34457

“Mənim parlamentdə təqdim edəcəyim hökumət proqramının əsas mövzusu bölgə və Ermənistan üçün dinc inkişaf dövrünün açılmasıdır. Həm də yeni situasiya yaranıb, Azərbaycan Zəngəzurun cənub rayonlarına gedən  magistralın Eyvazlı və Çayzəmi hissələri boyunca əsas yolu bağlayıb. 

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 27 -də hökumətin növbəti iclasında bildirib.

"Ümid edirəm ki, vəziyyət ən qısa zamanda həll olunacaq. Azərbaycanın davranışı göstərir ki, bu cür hadisələr təkrarlana bilər. Xidmətlərimiz ayıq və diqqətli olmalıdır, amma digər tərəfdən güclü sinirlərə ehtiyacımız var və strateji xəttimizi, sülh gündəmimizi inkişaf etdirməli və irəli aparmalıyıq. 

Zəngəzur yolları ilə bağlı vəziyyət bizim üçün gözlənilməz deyildi və bu müddət ərzində yeni infrastrukturların formalaşdırılması üzərində işləyirik və işləməyə davam edəcəyik.
 

Ancaq Eyvazlı və Çayzəmi hissələrində yolun açılması regional sabitliyin çox yaxşı simvolu ola bilər.


Azərbaycan tərəfi iddia edir ki, mövcud vəziyyət bir gün əvvəl baş vermiş hadisə ilə əlaqədardır, Azərbaycan sərhəd qoşunlarının bir üzvü bıçaqla vuruldu. Biz həmçinin Ermənistan, Rusiya və Azərbaycan nümayəndələrinin iştirakı ilə birgə araşdırmaya hazırıq”, deyə o, qeyd edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO