Ermənilər Qafan-Gorus magistralına alternativ yol çəkəcək – QƏRAR VERİLDİ

Ermənilər Qafan-Gorus magistralına alternativ yol çəkəcək – QƏRAR VERİLDİ

Hazırda oxunan: Ermənilər Qafan-Gorus magistralına alternativ yol çəkəcək – QƏRAR VERİLDİ

34451

Ermənistan hakimiyyəti 50 kilometrdən artıq respublika əhəmiyyətli avtomobil yollarının təmirinə başlayacaq. 

Bizim.Media xəbər verir ki, bu qərar cümə günü Ermənistan hökumətinin iclasında qəbul edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Şurnuxu və Vorotan kəndlərindən təxliyə edildi – RƏSMİ


Ərazi İdarəetmə və İnfrastruktur naziri Qnel Sanosyanın qeyd etdiyi kimi, M-2 yolunun (İrəvan-Meğri) Yelpin-Çiva-Areni (Yeğednadzor rayonu) və Şaki kəndi ərazisindəki hissələri (Sisiyan bölgəsi) təmir ediləcək. 

Yolun Sisyandan Dastakertə (Sisyanın cənubuna) qədər olan hissəsi də təmir olunacaq.
Bundan əlavə, təmir işləri ölkənin şimalındakı Stepanavan-Saratovka-Taşir hissəsində, eləcə də Armavir-Gümrü avtomobil yolunda (Şirak vilayətindəki Qaribcanyan kəndi yaxınlığında) aparılacaq.

Ümumilikdə 51,1 km yol təmir olunacaq ki, bunun da 37,3 km-i dövlətlərarası, qalan 13,8 km-i respublika əhəmiyyətli yollardır.


Bu məqsədlər üçün ümumilikdə 7,6 milyard dram (təxminən 15 milyon dollar) veriləcək. Bu vəsait yol işləri üçün nəzərdə tutulan və hələ tam xərclənməyən illik büdcədən ayrılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO