Şurnuxu kəndinin başçısı: “Blokada vəziyyətindəyik”

Şurnuxu kəndinin başçısı: “Blokada vəziyyətindəyik”

Hazırda oxunan: Şurnuxu kəndinin başçısı: “Blokada vəziyyətindəyik”

34354

Hazırda kəndimiz blokada vəziyyətinə düşüb.

Bizim.Media xəbər verir ki, bunu Şurnuxu kəndinin başçısı Akop Arşakyan avqustun 26-da news.am saytına müsahibəsində bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Şurnuxu və Vorotan kəndlərindən təxliyə edildi – RƏSMİ


O, izah edib ki, kəndi ərzaqla təmin etmək və xəstələri təxliyə etmək üçün indi alternativ yollar məsələsi sərhədçilərlə müzakirə olunur:

“Kənddə vəziyyət normaldır, alternativ yolun qurulması 10-15 gün çəkəcək”.

Bardzravan kəndinin başçısı Onik Avakyan, öz növbəsində, meşənin yaxınlığında Tatevə gedən yolun olduğunu, lakin çox pis vəziyyətə düşdüyünü deyib:

"O yolla yalnız yolsuzluq avtomobilləri ilə hərəkət edə bilərsiniz. Buna görə də hərəkət dayandırılıb”.

Qeyd edək ki, dünən gecədən bəri Azərbaycan hərbçiləri Zəngəzurda  Gorus-Qafan yolunu bağlayıb.


Nəticədə Şurnuxu, Şahverdilər və Bardzravan kəndləri Gorus və Qafanı birləşdirən əsas yollardan məhrum edilib. Alternativ yollar isə elə vəziyyətdədir ki, sakinlər onlardan istifadə edə bilmirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO