“Yoluxma çoxalarsa, məktəblər distant təhsilə keçəcək” – RƏSMİ

“Yoluxma çoxalarsa, məktəblər distant təhsilə keçəcək” – RƏSMİ

Hazırda oxunan: “Yoluxma çoxalarsa, məktəblər distant təhsilə keçəcək” – RƏSMİ

34180

Sentyabrın 1-dən etibarən Ermənistan məktəblərində tədris prosesi adi rejimdə həyata keçiriləcək, ancaq epidemioloji tədbirlərə qarşı ciddi riayət olunacaq.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Janna Andreasyan avqustun 25-də jurnalistlərlə görüşündə bildirib.

O, əlavə edib ki, 14 gün ərzində konkret bir məktəbdə yoluxma 10 faizdən çox olarsa, distant təhsilə başlanılacaq.

Onun sözlərinə görə, məktəblər hansı rejimdə işləməyi özləri müəyyən edə bilərlər: beş günlük və ya altı günlük rejimdə.

“Bundan əlavə, məktəblər bir sinifdə 20-dən çox şagirdin təhsil prosesinin təşkili üçün müraciət edə bilərlər. Hər şey məktəbdəki epidemioloji vəziyyətdən asılı olacaq. Uzatma və dərsdənkənar dərnəklərin fəaliyyəti də bərpa olunacaq”, deyə  Andreasyan bildirib.

O vurğulayıb ki, ibtidai sinif uşaqları üçün qidalanma proqramı da planlaşdırılır.
 

Oktyabrın 1-dən etibarən Səhiyyə nazirinin  müəllimlərin dövri testləri ilə bağlı açıqlamasına gəlincə, nazir müavini qeyd edib ki, bu, ümumi normadır və təkcə təhsil müəssisələrinə aid deyil.


“Heç kim heç kəsi aşılamağa məcbur etmir. Söhbət yalnız stimullardan gedir. Ümumiyyətlə, məktəblərdə xəstəlik risklərinin azaldılmasının vacibliyi haqqında bir anlayış var”, deyə Janna Andreasyan fikirlərini yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO