Rəsmi İrəvan müəllimləri də orduya çağırdı - Təhsil Nazirliyi etiraz edir

Rəsmi İrəvan müəllimləri də orduya çağırdı - Təhsil Nazirliyi etiraz edir

Hazırda oxunan: Rəsmi İrəvan müəllimləri də orduya çağırdı - Təhsil Nazirliyi etiraz edir

34152

Ermənistan Təhsil Nazirliyi bəzi müəllimlərin üç aylıq hərbi təlim toplanışına qatılmaqdan azad edilməsi ilə bağlı müdafiə nazirliyinə müraciət edib. 

Bizim.Media xəbər verir ki, informasiyanı “armeniasputnik.am” saytı yayıb.

Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Janna Andreasyan jurnalistlərə müsahibəsində bu barədə danışıb.

Andreasyan "Bu məsələ hələ də müzakirə mərhələsindədir. Hazırlıq keçmiş müəllimləri yenidən Dilican (Tavuş) bölgəsindəki təlim düşərgələrində iştirakdan azad etmək istəyirik" deyib.
 

Bundan əvvəl Müdafiə Nazirliyi üç aylıq hərbi təlim toplanışı elan edib. Toplanış bu il sentyabrın 15-dən dekabrın 15-dək keçiriləcək.

 
Təlimə ümumilikdə 869 ehtiyatda olan hərbçi cəlb ediləcək, onlardan 576-sı sıravi əsgər, 107-si serjant və 186-sı zabitdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO