Ermənistan fraksiyaları: “24 avqust Milli Məclis tarixinin ən biabırçı səhifələrindən biri olacaq”

Ermənistan fraksiyaları: “24 avqust Milli Məclis tarixinin ən biabırçı səhifələrindən biri olacaq”

Hazırda oxunan: Ermənistan fraksiyaları: “24 avqust Milli Məclis tarixinin ən biabırçı səhifələrindən biri olacaq”

34102

Ermənistan parlamentinin "Şərəf duyuram və "Ermənistan" fraksiyaları bu gün qanunverici orqanda deputatlara qarşı zorakılığı qətiyyətlə pisləyib. 

Bizim.Media “News.am”a istinadən xəbər verir ki, bu barədə iki müxalifət fraksiyasının yaydığı birgə bəyanatında deyilir. 

Bəyanatda qeyd edilir ki, bu, qanunverici orqanın tarixində rüsvayçı hadisədir. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan parlamentində dava düşdü – “Nikol xaindir” deyirlər - VİDEO


"24 avqust - hakimiyyəti təmsil edən bir qrup insanın qanunsuz göstərişlərə əməl edərək ölkənin qanunverici orqanda demokratik dəyərlərə qarşı cinayət törətdiyi gün parlament tarixinin ən biabırçı səhifələrindən biri olacaq. 

Ermənistanda zorakılığın təbliğatı və nifrət atmosferinin bir mənbəyi var – Nikol Paşinyanın başçılıq etdiyi "Vətəndaş sazişi" partiyası. Biz bu gün cinayət törədənlərin siyasi və hüquqi məsuliyyətə cəlb olunması işinin ardınca gedəcəyik", - bəyanatda qeyd edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO