Putin: “Minsk Qrupunda əldə olunan əsas razılaşmaları təmin etdik”

Putin: “Minsk Qrupunda əldə olunan əsas razılaşmaları təmin etdik”

Hazırda oxunan: Putin: “Minsk Qrupunda əldə olunan əsas razılaşmaları təmin etdik”

3403

“Biz, Dağlıq Qarabağda dost Azərbaycan və Ermənistan vətəndaşının ölümü ilə nəticələnən müharibənin dayandırılması üçün səy göstərdik”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Federasiyasının prezidenti Vladimir Putin səsləndirib.

Putin bildirib, həm İrəvanın, həm də Bakının maraqlarını nəzərə alaraq Qarabağda həll üçün ilkin şərtlər yaradılır:

“Qarabağla bağlı ATƏT-in Minsk Qrupunda əldə olunan əsas razılaşmaları təmin etdik. Xüsusilə həmsədrlər - Rusiya, ABŞ və Fransa arasında''.

''Əldə edilən əsas məqam qan tökülməsini dayandırmaqdır".

Putin əlavə edib ki, hazırda Rusiya sülhməramlı kontingenti atəşkəsə əməl olunmasına nəzarət edir, mülki şəxslərin təhlükəsizliyini təmin edir, Ermənistandan geri qayıdanları və humanitar yardımları müşayiət edir.

"Ümumi vəziyyət sabitləşir", - deyə Rusiya lideri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO