Ermənilərin Qazaxla sərhəddən köçürülməsi faktı TƏSDİQLƏNDİ – FOTOFAKT

Ermənilərin Qazaxla sərhəddən köçürülməsi faktı TƏSDİQLƏNDİ – FOTOFAKT

Hazırda oxunan: Ermənilərin Qazaxla sərhəddən köçürülməsi faktı TƏSDİQLƏNDİ – FOTOFAKT

0:00
0:00
33845

Xəbər verdiyimiz kimi, Ermənistan Dilican (Tavuş) bölgəsinin Azərbaycanla sərhəddə yerləşən kəndlərindəki əhalinin evakuasiya edilməsi proqramını hazırlayıb. Bu haqda informasiyanı bölgənin qubernatoru Ayk Galumyanın yayıb.

Onun sözlərinə görə, avqustun 19-da qəbul edilən qərarda evakuasiya ediləcək əhalinin sayının, ərzaq tədarükünün və əsas ehtiyaclarının hesablanması, yaş qruplarına bölünməsi, bölgənin digər ərazilərində müvəqqəti və uzunmüddətli yaşayış yerlərinin, o cümlədən, insanların köçürüləcəyi yaşayış məntəqələrinin siyahısının hazırlanması əksini tapır. Ermənilər bunun Qazaxın işğal altındakı 7 kəndinin boşaldılması ilə bağlı olduğunu yazır.

Bizim.Media xəbər verir ki, bu deyilənləri erməni bloger Mika Badalyan da özünün Telegram kanalında təsdiq edib və qubernatorun imzaladığı sənədin kopyasını yayımlayıb.

Badalyan fotofakta bu sözləri də əlavə edib:

“Dünən Dilican (Tavuş) bölgəsinin qubernatorunun planları ilə bağlı xəbər dərc etmişdim. O plana gğrə bəzi kəndlərin sakinləri köçürülməlidir”.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Qazaxla sərhəddən əhalini köçürür - SƏBƏB


Onun fikrincə, xəbərə Ermənistanın Telegram kanalları lazımi diqqət yetirməyib:

“Düzdür, heç bir dəlil təqdim edilməyib. Buna görə də, mövcud planın foto sübutlarını yaymaq qərarına gəldim. Həm də təkrar edirəm ki, digər sərhəd bölgələrində belə plan hələ yoxdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO