Erməni rejissoru və teleaparıcı Tiqran Keosayan baş nazir Nikol Paşinyanı efir vasitəsi ilə təhqir edib.
Bizim.media xəbər verir ki, Keosayan nitqi zamanı Paşinyanın mütləq mühakimə edilməsini və erməni xalqına bir xəyanətkar kimi təqdim olunmasının vacibliyini vurğulayıb.
“Nikol Paşinyan mütləq mühakimə olunub, ömürlük həbs cəzası almalıdır. Lakin onu həbsxanaya deyil, dərin bir yarğana salmaq lazımdır ki, bütün gələcək nəsil gəlib, onun üzünə tüpürsün. Qoy, uşaqlar onu xəyanətkar, neçə-neçə cavan insanların qatili kimi tanısınlar”,- deyə, Keosayan çıxışı zamanı bildirib.
Daha sonra o, efirdən baş nazirin ünvanına nalayiq ifadələr işlədib, ona ən ağır cəza istəyib.
“Mən istəyirəm ki, sən bütün günü Allahdan ölməyin üçün dua edən bir zavallı vəziyyətinə düşəsən. O ölüm isə sənə heç zaman yaxın gəlməsin”,- deyə, o, nitqini tamamlayıb.
Qeyd edək ki, Tigran Keosayan Rusiyanın RT kanalının baş redaktoru Marqarita Simonyanın həyat yoldaşı, kinorejissor və ssenarist Edmond Keosayanın oğludur.
Vüsalə Balayeva, Bizim.Media